
Ümid Hüseynov kimdir
Mən 21 yaşlı bir marketinq həvəskarıyam və hazırda magistratura təhsilimin 2-ci kursundayam. Rəqəmsal marketinq sahəsində inkişaf etməyə çalışıram, maraqlıdır ki, eyni zamanda data analitik kimi də çalışıram.
İdman həyatımın ayrılmaz hissəsidir, xüsusilə də futbol. Buna görə də Futman adlı bir YouTube kanalım var, burada futbolu öz gözümdən izləyicilərimlə paylaşıram.
Oyuncaqlara olan sevgim isə məni fərqli bir dünyaya aparıb. Oyuncaq şirkətində işləməyim həm data analitikliyimi inkişaf etdirməyə kömək etdi, həm də kolleksiyaçılıq marağımı daha da gücləndirdi. Bu maraq nəticəsində ArtWheels adlı bir layihəyə başladım – burada xüsusi dizaynlı, fərdiləşdirilmiş Hot Wheels maşınları satıram.
Marketinq, data analitika, futbol və oyuncaq dünyası... fərqli kimi görünsələr də, mənim üçün bir araya gəldikdə maraqlı və dəyərli bir həyat yaradırlar. 🚀


3000+
15+
Məmnun müştəri
İzləyici
Marketing xidmətləri
Sosial media idarəçiliyi
✅ Hədəf kütlə, bazar və rəqib analizi apararaq effektiv reklam strategiyası qururam.
✅ Demoqrafik, davranış və maraqlara əsasən ən uyğun auditoriyanı müəyyən edirəm.
✅ Meta Ads: Brendin tanıtımı, lead toplama, satış artırma, remarketing kampaniyaları Google Ads: Axtarış (Search), Display, YouTube və Remarketing reklamları
✅ Reklam performansını daim izləyir, xərcləri optimallaşdırır və ən yüksək ROI (İnvestisiya Qaytarışı) əldə etmək üçün A/B testlər aparıram.
✅ Reklamların nəticələrini Google Analytics, Meta Business Suite və digər analitik alətlərlə analiz edirəm, müştərilərə detallı hesabat təqdim edirəm.
Rəqəmsal reklam kampaniyalarının idarə olunması
✅ Hədəf kütlə analizi edərək sosial media strategiyasını qururam.
✅ Brendə uyğun kreativ postlar (foto, video, mətn) hazırlayıram.
✅ Daimi və ardıcıl paylaşımlar üçün kontent planı tərtib edirəm.
✅ Səhifənin böyüməsi üçün düzgün hədəflənmiş strategiyalar tətbiq edirəm.
✅ Performansı izləyir, nəticələri analiz edir və inkişaf üçün təkliflər verirəm.
Sosial medianızın daha təsirli və peşəkar şəkildə idarə olunmasını istəyirsinizsə, sizə uyğun strategiya hazırlaya bilərəm! 🚀